Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

Ali Məhkəmə MTN-ə qarşı şikayətləri geri qaytarır

Eldar Mahmudovun cinayətlərinə şərik olanları gizlətmək istəyirlər?

İllərdi yazırıq ki, ölkədə ədalətin, şəffaflığın, demokratiyanın bərqərar olması üçün mövcud sistem dəyişməlidir. Şəxslərin yerini dəyişməklə, hansısa vəzifəliyə töhmət verməklə, kimisə həbsə göndərməklə vəziyyəti dəyişmək olmaz. Çünki, ölkədə bu miqyasda korrupsiya varsa, seçkilər saxtalaşdırılırsa, bütün sahələr monopoliyaya alınıbsa, bütün bunlar özfəaliyyət ola bilməz. Yəni bütün neqativlər sistemin mahiyyətindən doğur.

MTN məsələsi gündəmə gələndə də yazdıq ki, məqsəd şəffaflıq yaratmaq, sahibkarlara azadlıq vermək, sistemi təmizləmək deyil. Sadəcə olaraq, kimlərsə oyun qaydalarını pozdu və bunun nəticəsi olaraq da yeni bir kampaniya başladı. Təbii ki, Eldar Mahmudov və onun generalları böyük cinayətlər törədiblər və cəzalarını da almalıdılar. Amma hamı bilir ki, hansısa siyasətçinin şərlənərək həbs olunması, hansısa iş adamının sıradan çıxarılması, məhkəmlərin sifarişlə qərar çıxarması, sahibkarlardan “haqq” alınması və digər faktlar MTN-in özfəaliyyəti deyil və yuxarıların göstərişi ilə edilib. Guya, dünənə qədər MTN-in nə iş gördüyünü, Beynəlxalq Bankda nələrin baş verdiyini heç kim bilmirdi?

Mötəbər mənbədən aldığımız məlumata görə, MTN-də baş verənlərdən sonra 100-lərlə vətəndaş Ali Məhkəməyə müraciət edib və yenidən məhkəmə baxışı tələb ediblər. Yəni Eldar Mahmudovun vaxtında şərlənmiş, əmlakı əlindən alınmış, məhkəmədə ədalətsizliyin qurbanına çevrilmiş adamlar öz haqlarını bərpa etmək istəyirlər. Insanlarda ümid yaranıb ki, MTN mafiyası məhv edilib və hamının haqqı bərpa olunacaq. Amma Ali Məhkənin bu müraciətləri rədd etməsi bizim yazdıqlarımızı təsdiqləyir. Bəli, MTN-in “tərksilah” edilməsi hökumət daxili toqquşmaların təzahürüdür.

Məsələ burasındadır ki, dəyişən təkcə Eldar Mahmudovdur və sistem yerindədir. Bəli, ədalətsiz hökm çıxaran hakimlər daha da yüksək vəzifələrə çəkiliblər, sifariş yerinə yetirən prokurorlar yenə də vəzifə başındadır, istintaq prosesinə rəhbərlik edənlər, hüquq mühafizə sisteminə nəzarət həyata keçirənlər yenə də fəaliyyətdədilər. Yəni MTN-in cinayətlərinə “yaşıl işıq” yandıranlar bu gün də iş başındadılar.

MTN-in yığdıqlarından pay alanlar, MTN-ə “tapşırıq” verənlər bu gün də “ənənə”ni davam etdirirlər.

Əgər MTN-in ifşasında məqsəd təmizləmə olsaydı, minlərlə insanın haqqı bərpa olunardı, keçmişdə yol verilmiş xətalar aradan qaldırılardı, MTN-in cinayətlərinə göz yummuş prokurorun, hakimin cəzası verilərdi. Amma görünən budur ki, Eldar Mahmudov iş başında olanda “şallaq”lanan adamlar bu gün də haqqını bərpa edə bilmir.

Bir daha təkrar edirik ki, bütün bəlalar sitemin mahiyyətindən qaynaqlanır. Əgər hökumət siyasi iradə göstərmiş olsaydı, heç bir məhkəmə vətəndaşların şikayətini rədd etməyə, keçmişin qaranlıq səhifələrini sığortalamağa çalışmazdı.

Samir
705 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı