Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

Milyarder bankirlər və özünü asan borclular

Devalvasiyadan mənfəət əldə edənlər, devalvasiyadan zərər görənlərə niyə güzəşt etmir?

Azərbaycanda aktivlərinin həcmi 1 milyardı keçən bankların sayı artıb. Mütəxəssislərin fikrincə, bu prosesə həlledici təkanı məhz sonuncu devalvasiya vermişdi. Bankın xarici valyutada olan aktivləri manatla ifadədə şişmişdi. Bununla belə, aktivlərin milyard manatı keçməsi həm də bank üçün sevindirici haldır. Çünki bu, həm də bankın yeni mərhələyə qədəm qoyması deməkdir.

Beləliklə, hazırda rəsmi rəqəmlərə görə, aktivlərinin həcmi 1 milyard manatı keçmiş banklar bunlardı: Acsess Bank, Bank Standard, Beynəlxalq Bank, Kapital Bank, Paşa Bank və Xalq Bank.

Göründüyü kimi, adı çəkilən banklar devalvasiyadan sonra gəlir əldə ediblər. Üstəlik, aktivlərinin həcmi 1 milyardı keçmiş banklar hansısa tanımadığımız şəxslərə məxsus deyil. Adlardan da göründüyü kimi, bu banklar hakim ailəyə yaxın olan banklardı.

Bəli, vətəndaş 2 devalvasiyanın nəticəsində milyardlarla vəsait itirib, dollarla krediti olanlara heç bir güzəşt olunmur və hakim ailəyə yaxın olan banklar bu prosesdən qazanır. Xatılayırsızsa, bir müddət əvvəl spiker Oqtay Əsədov “Xalq üçün ağlayanda, bir az da banklar üçün ağlamaq lazımdır” söyləmişdi. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə dollarla krediti olanlara güzəşt edilməsini maliyyə intizamının pozulması kimi dəyərləndirmişdi. Sonda isə Maliyyə naziri Samir Şərifov bildirdi ki, kredit borcu olanlara güzəşt olunmayacaq və bank xeyriyyə cəmiyyəti deyil. Deməli, əvvəlcə 10 min dolara qədər kredit borcu olanlara güzəşt ediləcəyi vədini verdilər, sonra 5 min dollara qədər borcu olanlara güzəşt məsələsi gündəmə gəldi və nəticədə heç bir güzəşt olunmadı.

Hansıki, dollarla krediti olanlara güzəşt edilməsi, cəmi 250 milyon dollar vəsait tələb edirdi. Əgər bu məbləğ aktivləri milyardı ötmüş banklar arasında bölüşdürülsəydi, hər banka 40 milyon pul düşərdi. Amma bu hakimiyyətin xalqla heç bir bağlılığı olmadığına görə, vətəndaşı daha da müflisləşdirmək iddiasında olduqları üçün, dollarla krediti olanlara heç bir güzəşt olunmadı. Necə olur ki, 3-4 ailəyə məxsus banklar devalvasiyadan sonra mənfəətlə işləyir, aktivləri milyard dolları ötür, amma bu banklar vətəndaşa yardım etmir? Adı sadalanan bu bankların pul kütləsi Azərbaycandakı bütün bankların ümumilikdə olan pul kütləsindən çoxdur. Bugünlərdə Qırğızıstan hökuməti qərar qəbul etdi və kredit borclarının əvvəlki məzənnəylə ödəniləcəyi bildirildi. Bəli, kasıb Qırğızıstan da vətəndaşa sahib çıxdı və məsuliyyətini hiss etdi. Bəlkə də Qırğızıstandakı bütün bankların ümumi pul kütləsi Paşa Bankın pul kütləsindən azdır.

Bir daha aydın olur ki, dollarla krediti olanlara güzəşt edilməməsi nə maliyyə intizamının pozulması ilə, nə pulsuzluqla, nə də böhranla bağlı deyil. Sadəcə olaraq hökumət özünü vətəndaşa borclu saymır, vətəndaş qarşısında heç bir məsuliyyət daşımır və cəmiyyətin susqunluğundan yaralanır. Bu hökumət Fransada muzey təmir etməyə, Serbiyada, Vatikanda xeyriyyə layihələri həyata keçirməyə, Dağıstanda park salmağa, hansısa əcnəbi müğənniyə milyonlarla qonorar verməyə hazırdı, amma vətəndaşa zərrə qədər güzəşt etməyə razı deyil.

Vətəndaş kredit faizləri altında əzilə bilər, insanlar borca görə özünü asa bilər. Əsas odur ki, Paşa Banklar aktivlərini artırsın.

Samir
520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı