Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

Davudoğlunun maşınının yolunda partlayış: yaralanan var

Türkiyənin baş naziri Əhməd Davudoğlunun kortejinin yolunda partlayış olub.

Hadisə A. Davudoğlunun Mardin ziyarəti zamanı keçəcəyi Cümhuriyyət Meydanında baş verib.

Meydanın önündə olan bankın qarşısına kustar üsulla düzəldilmiş qumbara atılıb.

Hadisə nəticəsində yoldan keçən İbrahim A. adlı bir nəfər yaralanıb. Yaralı təcili yardımla xəstəxanaya çatdırılıb.

Polis partlayışla bağlı araşdırmalara başlayıb. Bölgəyə başqa partlayıcının qoyulub-qoyulmadığı araşdırılır. Polis gücləndirilmiş iş rejiminə keçib.
742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP