Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

Sərdar Cəlaloğlu: “Ad, mükafat veriləndə şəxsiyyət nəzərə alınmır”

“Titulundan, adından aslı olmayaraq hər kəs qanun qarşısında cavab verməlidir”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müğənni İlhamə Quliyeva və köməkçisi arasında yaşanan son qalmaqallara münasibət bildirib.

Partiya sədri sənətçilərə ad, titul veriləndə daha çox şəxsiyyətin nəzərə alınmasının vacibliyini vurğulayıb:
“Mən İlhamə Quliyevanı nə xalq artisti, nə də cəmiyyətdə böyük rolu olan insan hesab etmirəm. Haqsızlıqla qarşılaşan köməkçisi isə öz hüquqları uğrunda mübarizə aparmalıdır.
Tələbə vaxtımızda İlhaməni tanıyırdıq... Aygün Kazımova haqqında da gördünüz mətbuatda nələr deyildi, nə cür diskussiyalar aparıldı. Və yaxud digər bir sıra xalq artistləri, əməkdar artistlər, dövlətin təqdir etdiyi adamlar barəsində nə cür faktlar çıxdı ortalığa. Bunun da əsəs səbəbi odur ki, ad, mükafatlar veriləndə şəxsiyyət nəzərə alınmır. Ola bilsin ki, kiminsə gözəl səsi var, lakin onun davranışı ad almasına imkan vermir. İndi çox adamlara xalq artisti adı paylanılır ki, bu da bəzilərinə toxunulmazlıq statusu verir. Titulundan, adından aslı olmayaraq hər kəs qanun qarşısında cavab verməlidir”.
570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı