Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

Qəhvə qara ciyər sirrozundan qoruyur

Bir müddət bundan əvvəl qəhvə "ziyanlı" içki sayılırdı və bütün dünyada sağlam qidalanmanın tərafdarları bu içkidən imtina edirdilər.
Qəhvəni hətta siqaret və spirtli içkilərlə bir sıraya qoyurdular. Lakin son araşdırmalar sübut edib ki, qəhvənin qəbulu bir çox xəstəliklərin (Altsheymer xəstəliyi, piylənmə, şəkərli diabet, hətta xərçəng) riskini azaldır.
MedicalNewsToday xəbər verir ki, Sauthempton Universiteti (İngiltərə) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, qəhvə həmçinin insanı qara ciyər sirrozundan da qoruyur.
Alimlər 1990-2015-ci illərdə aparılan 9 elmi araşdırmanı analiz ediblər. Bu araşdırmalarda 423 mindən çox insan iştirak edirdi.
Məlum olub ki, qəhvə içən insanlarda qara ciyər sirrozunun inkişafı riski bu içkini qəbul etməyən insanlarla müqayisədə 2 dəfə azdır.
Alimlər belə hesab edir ki, bunun səbəbi qəhvənin tərkibində olan faydalı birləşmələrdədir. Bu birləşmələr güclü antioksidant və iltihabəleyhinə təsirə malikdir.
Beləliklə, qəhvə hepaprotektor (qara ciyəri qoruyan) məhsulların siyahısına daxil edilib./Saglamolun/
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP