Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

Taleh Bağırzadənin şikayətinə baxılıb

Taleh Bağırzadənin şikayətinə baxılıb: özü də məhkəməyə gətirilib05.02.2016 17:51 12 dəqiqə əvvəl
Bu gün Nəsimi Rayon Məhkəməsində illahiyatçı Taleh Bağırovun şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Cavad Cavadovun verdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırovun özü də iştirak edib. Vəkilin sözlərinə görə, prosesdə şikayətin dəlilləri araşdırılıb, T. Bağırovun izahatı elan olunub.

Qərarın elan olunması fevralın 9-a saxlanılıb. Taleh Bağırov artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

Taleh Bağırov vəkili ilə görüşünə icazə verilməməsi, "həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib./lentaz/
594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi