Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2016

Danimarka təsdiqlədi: "ABŞ onu qaçırmaq üçün..."

Danimarkanın Ədliyyə naziri Soren Pind ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş agent Eduard Snoudeni Rusiyadan qaçırmaq üçün ölkəsinə xüsusi təyyarə göndərdiyini təsdiqləyib.

Nazir bu barədə yayılan iddialarla bağlı ilk açıqlamasında məsələdən xəbərsiz olduğunu desə də, bu gün parlamentdə çıxışı zamanı sözügedən faktı təsdiqləyib.

O, ABŞ təyyarəsinə Kopenhagen hava limanına eniş etməsi üçün icazə verildiyini deyib:

“ABŞ-ın Danimarkaya təyyarə göndərməkdə məqsədi Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Eduard Snoudeni Rusiyadan qaçırmaq olub”.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın 2013-cü ildə Eduard Snoudeni qaçırmaq üçün Danimarkaya xüsusi təyyarə göndərdiyi barədə mətbuatda məlumatlar yayılmışdı.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı olan Edvard Snouden agentliyə aid gizli məlumatları yaydığı üçün “Vətən xaini” elan edilmişdi. O, daha sonra Rusiyadan sığınacaq almışdı./axar/
675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı