Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

“Türkiyə hökuməti istefaya getməlidir”

"Partiyamız korrupsiya qalmaqalının araşdırılmasını dəstəkləyir və qanunu pozanlarla mübarizəyə hazır olanların tərəfində olacaq"

Trend-in "Today's Zaman" qəzetinə istinadən verdiyi məlumatına görə, bu barədə Türkiyənin müxalifətyönlü Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu bəyan edib.

O deyib: "Bizim partiyamız araşdırmaların aparılmasını diqqətlə izləyəcək".

Öz növbəsində, CHP-nin vitse-prezidenti Gursel Təkin övladlarının adı korrupsiya qalmaqalında hallandırılan nazirləri istefaya çağırıb.

Dünən İstanbul və Ankarada polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində bəzi iş adamları və dövlət nazirlərinin övladları həbs ediliblər.

Məlumata əsasən, iş adamlarının həbsinə səbəb korrupsiya, qaçaqmalçılıq, narkotik maddələrin satışı və rüşvətlə bağlı ittihamlar olub.
1659 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı