Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2016

15 milyon şiə Şeyxin yolunu gözləyir!

Hakimiyyət yaxşı bilir ki, Nigeriya Ərəbistan deyil (son xəbər)

598.ir Şeyx Zakzakinin yaxınlarından olan Mustafa Əhmədlə söhbətləşib

Nigeriya şiələrinin rəhbəri Şeyx Zakzakiyə yaxın insanlardan olan Mustafa Əhməd deyir:

Təəssüf ki, şeyxlə bağlı heç bir yeni xəbər yoxdur. O həbsxanada deyil. Paytaxtda naməlum yerdə həbsdə saxlanılır. Bizə onun haqqında nəsə soruşmaq icazəsi də verilmir. Məlum olan budur ki, Şeyx iki həftə Fransada müalicə alandan sonra ölkəyə qaytarılıb. Bəziləri iddia edir ki, Şeyx ordu zabitlərindən birinin evində saxlanılır. BMT-nin Nigeriyadakı nümayəndəliyi qarşısında aksiya keçirdik. Amma heç bir nəticəsi olmadı...
Hətta ailəsi də Şeyxlə görüşə bilmir. Oğlu və qızı Şeyxlə görüşmək üçün müraciət etsə də rədd cavabı verildi. Nə vəkil, nə həkim şeyxin yanına buraxılır. Şəhidlərin cəsədlərini də təhvil vermirlər. Minə yaxın müsəlmanın aqibəti məlum deyil. Bilinmir həbsdədirlər, yoxsa şəhadətə çatıblar. Nə dərəcədə doğru olduğunu deyə bilmərəm, amma cəmiyyətimizdən bir nəfər Şeyxlə qısa müddət görüşdüyünü bildirir.
Təbii ki, onu qətlə yetirməyə qorxurlar. Hakimiyyət yaxşı bilir ki, Nigeriya Ərəbistan deyil. Nigeriyada 15 milyon şiə Şeyxin yolunu gösləyir. Əgər Şeyx qətlə yetilisə iki gün ərzində hakimiyyət cəzalandırılacaq. Sadəcə şiələr ələ silah almaq istəmir. Bununla belə Şeyx Zakzakinin Şeyx Nimr kimi məzlumanə qətlinə yol vermərik.

Vilayet.info
792 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber