Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2016

Elman Rüstəmov Neftçaladan arxa qapıdan qaçıb

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun Nefçtalada vətəndaşlarla görüşü barədə redaksiyamıza maraqlı məlumat daxil olub. Qeyd edək ki, görüş bir neçə gün əvvəl rayondakı Heydər Əliyev Mərkəzində keçirilib. Məlumatda bildirilir ki, vətəndaşlarlın qəbulu günorta saatlarına salınıb.

Elman Rüstəmovun qəbuluna gözlənildiyindən çox adam gəlib. Baş bankirlə görüşmək istəyən vətəndaşların əsas problemi isə kreditlər və maaşlarla bağlı olub. Bildirilir ki, Elman Rüstəmov Heydər Əliyev Mərkəzinin qarşısında izdiham yaşandığını görüb, görüşü vaxtından əvvəl bitirib. Vətəndaşlara görüşün başa çatdığı elan edilsə də, onlar baş bankirlə görüşməkdə israr ediblər. Elman Rüstəmov da məcburiyyət qarşısında qalaraq binanı arxa qapıdan tərk edib./azadlıq/
831 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir