Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2016

Sevinc Vaqifqızı prokurorluqda dindirildi

"Bu dəfə isə sırf "Meydan TV”nin fəaliyyətilə bağlı suallar verirdirlər''

Jurnalist Sevinc Vaqifqızı fevralın 5-də dindirilmək üçün Baş Prokurporluğa dəvət edilib. Onun sözlərinə görə, dindirmə iki saat çəkib.

"Dindrimə peşə fəaliyyətimizlə bağlı idi. Buna qədər çağıranda "Mingəçevir hadisələri” adı ilə dəvət edilmişdim. Amma onda da "Meydan TV” ilə bağlı suallar olurdu. Bu dəfə isə sırf "Meydan TV”nin fəaliyyətilə bağlı suallar verirdirlər”, - deyə S.Vaqifqızı bildirib.

O, qeyd edib ki, dundirməni müstəntiq Əli Babayev aparıb.

Internet TV 2015-ci ilin avqustunda Mingəçevir polis şöbəsində naməlum şəraitdə vəfat edən Bəhruz Hacıyevin ölümü ilə bağlı məsələləri və sonra baş verən aksiyaları ictimailəşdirmişdi.

O zaman rəsmi açıqlamada dindirilməyə çağrılan B.Hacıyevin özünü qəfildən 3-cü mərtəbədən atması göstərilirdi. Ancaq mərhumun valideyinləri intiharla bağlı deyilənləri qəbul etmir, polisdə oğullarına işgəncə verilməsindən şübhələrini dilə gətirirdilər.
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı