Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2016

Biz o zaman bu bədxərcliyi tənqid edəndə…

AXCP sədri Əli Kərimli Bakı Olimpiya Stadionunun şadlıq evi kimi istifadə olunacağı haqda yayılan xəbərə münasibət bildirib. Əli Kərimli Facebook səhifəsində yazır:

Dostlar, Bakı Olimpiya Stadionu Türkiyənin “Tekfen inşaat” şirkəti tərəfindən 640 milyon dollara tikilmişdi. İndiki məzənnə ilə 1 milyard manatdan artıq pul xərclənib tək o stadiona. Biz o zaman bu bədxərcliyi tənqid edəndə “inkişafımızı gözünüz götürmür” deyirdilər. Bu da sonu. Çox simvolikdir. Gəncədə minlərlə insan iş və çörək üçün ayağa qalxan gün elan olunur ki, dövlətə 1 milyard manata başa gəlmiş stadionda bundan sonra toy edəcəklər. Deməli, ancaq buna yarayır. Stadionun qiymətini ona görə yadınıza salıram ki, hansı səhv addımlarla, bacarıqsız idarəetmə, israfçılıq və korrupsiya ilə bugünkü sosial səfalətə düçar olduğumuzu unutmayaq.
615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...