Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2016

Cəlilabadda atasına yemək aparan 20 yaşlı oğlan qaçırıldı

Radil Mirzəyev bir gün sonra evlərinin yanında huşsuz vəziyyətdə tapılıb.

Cəlilabadda qəribə hadisə baş verib. Maskalı şəxslər tərəfindən oğurlanmış gənc bir gün girov saxlandıqdan sonra evlərinin yaxınlığında tapılıb. Gənc tapılan zaman huşsuz vəziyyətdə olub.

Hadisə Cəlilabad rayonu Stansiya adalanan yaşayış məntəqəsində qeydə alınıb. 20 yaşlı Radil Mirzəyev səhər saatlarında fermada çalışan atasına yemək aparmaq üçün evdən çıxıb. Lakin yolda nəməlum şəxslər ona hücum ediblər. Döyülərək huşsuz hala salınan Radil Mirzəyev qapalı yerdə olan tiklidə bir gün saxlanılıb. Zərçəkənin sözlərinə görə, həmin şəxslərin 4-ü də maska taxdığı üçün onları tanıya bilməyib.


Radil Mirzəyevin üzərindəki mobil telefonun enerjisi bitdiyi üçün doğmaları onunla yenidən əlaqə saxlaya da bilməyib. Axşam saatlarında isə o evləridən bir neçə yüz metr kənarda huşsuz halda yol kənarında tapılıb. Zərərçəkən gənc ona buraxılmazdan öncə bihuşedici iynə də vurulduğunu deyib.

Artıq hadisə ilə bağlı Cəlilabad polisinə məlumat verilib. Maskalı şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində istintaq əməliyyat tədbirləri başlayıb./ans/

ebb8556a-8102-44ff-b3fc-9be0a59bbcf5
617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:15
Rusiyada 74 i