Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Braziliya Edvard Snoudenin təklifini rədd etdi

Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden Braziliyaya Agentliyin casusluq fəaliyyətinin araşdırılmasında kömək edə biləcəyini açıqlayıb. Ans-in Associated Press-ə istinadən verdiyi məlumata görə, Snouden bunu Braziliya xalqına yazdığı açıq məktubda bildirib. Məktubda Edvard Snouden Braziliya xalqına ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin dinləmələri ilə bağlı həqiqəti öyrənməyə yardım edəcəyini yazıb, lakin bunu yalnız Braziliya torpağında edəcəyini və bunun üçün Braziliyada siyasi sığınacaq almalı olduğunu vurğulayıb.

Məktubdan sonra Braziliya Parlamentinin Casusluğun Araşdırılması Komissiyasının üzvləri bir araya gələrək, Edvard Snoudenin təklifini müzakirə ediblər. Komissiyanın prezidenti senator Vaness Qraççiotin Braziliya hökumətinin Snoudenə siyasi sığınacaq verilməsinə müsbət yanaşmalı olduğunu bildirib. Lakin Braziliya hökuməti Edvard Snoudenin yardım təklifini rədd edib.

Xatırladaq ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin telefon danışıqlarını dinlədiyi iddia edilən dünya liderləri arasında Braziliya prezidenti Dilma Russef də var.
1683 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
14.01.17, 11:18