Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2016

Rusiya Suriya məsələsində Səudiyyə rejiminə xəbərdarlıq etdi

Səudiyyə rejiminin Suriyada quru qoşunları ilə əməliyyat keçirmək təklifinə ABŞ-dan dəstək verilsə də, Rusiya Səudiyyənin bu təşəbbüsünün bir növ "müharibə elanı" olduğunu bildirərək, reaksiya verib.

PressTV xəbər verir ki, Rusiya Dumasının sədr müavini Pavel Keraşinninikov Səudiyyə Ərəbistanının Suriyada hər cür cəhdindən əvvəl Suriya rəhbərliyindən icazə almalı olduğunu bildirib.

"Suriya dəvət üçün rəsmən razılıq verməlidir, əks təqdirdə bu müharibə olacaq. Bu həm də beynəlxalq hüquqa ziddir", - deyə Pavel Keraşinninikov bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Müdafiə Naziriliyinin sözçüsü general-mayor Əhməd Əl-Asiri Səudiyyə Ərəbistanı Krallığının koalisiyasının İŞİD-ə qarşı quru əməliyyatlarına qoşulmağa hazır olduğunu demişdi./deyerler/
712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...