Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2016

Şimali Koreyanın sabah sınaqdan çıxaracağı ballistik raket dünyanı indidən lərzəyə salıb

Şimali Koreya yeni ballistik raketini sabah sputnik vasitəsi ilə sınaqdan çıxarmaq istəyir.

Şimali Koreya növbəti ballistik raketini fevralın 7-də buraxacaq. Yaponiya müdafiə nazirliyinin məlumatına görə, Şimali Koreya hava şəraitini nəzərə alaraq raketi buraxmağın vaxtını sürətləndirilməsi barədə qərara gəlib.

Hava proqnozuna görə, fevralın 8-də Şimali Koreyanın “Soxe” kosmodromunun yerləşdiyi ərazidə havanın yağıntılı olacağından raketin buraxılması fevralın 7-nə planlaşdırılacağı nəzərdə tutulur.
Yaponya Müdafiə nazirliyindən bildirilib ki, Şimali Koreya rəhbərliyindən nə desən gözləmək olar. Çünki BMT Şimali Koreya ilə bağlı qəbul edəcəyi qətnaməni yekunlaşdımadığından Pxenyan rəhbərliyi bu yaranmış fürsətdən istifadə edib raketin buraxılmasını sürətləndirəcək. Ona görə də Yaponiya istənilən gözlənilməz vəziyyətə hazırlıq işlərini görür. Yaponiya Müdafiə nazirliyi fevralın 7-i səhər saat 7.00-dək bütün müdafiə sistemlərində işini yekunlaşdıracaq. Yaponiya bu məqsədlə Şəqri Çin dənizinə iki esmineç gəmisini çıxarıb. Əsas məqsəd Şimali Koreyanın buraxdığı raketlər Yaponiyaya hər hansı təhlükə törədərsə onun qarşısını vaxtında alsın. Bu gəmilərdə “Petriot” zenit-raket sistemləri quraşdırılıb.

Yaponiya ilə ABŞ, Çin, Cənubi Koreya həri-dəniz və hava hücumundan müdafiə qüvvlərini hazırlıq vəziyyətinə gətirib./moderator/
624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:11