Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2016

07 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 07-də hava şəraitinin buludlu olacağı, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 07-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6, gündüz 6-10, dağlarda gecə və gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber