Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2016

Təkfirçilik İrana qarşı layihədir!

Tehranın cümə namazı (5 fevral, 2016)

Tehranın müvəqqəti imam-cüməsi Ayətullah İmami Kaşani ictimai həyatda əxlaq, qarşıdakı seçkiər, seçkilərdə düşmənin planlaşdırdığı fitnəkarlıqlardan danışıb (Fna.ir). İmam-cümə buyurub:
Cəmiyyətdə hər bir fərd, xüsusilə dövlət məsulları bütün sahələrdə əxlaqın önəminə diqqətli olmalıdır.
Müsəlman ölkələrində zülmə məruz qalanlar çoxdur... Ölkədə qanun tənzimlənəndə bütün xalqın mənafeyi nəzərdə tutulmalıdır. İslamın qılıncla yayıldığını düşünənlər bilsin ki, İslam başdan-başa düşüncədir və proqramla irəli gedib...
İnqilabımız şahlıq səltənəti, fitnə-fəsadın uzun illər hökmranlığından sonra İmam Xomeyni (ə) və xalqın himayəsi ilə qalib gəlib. Xalq İmamı sevirdi. İmam təqlid mərcəsi idi, bütün diqqəti Allahda idi, onun İsa nəfəsi ilə xalqın vəhdəti yarandı...
Düşmən bütün diqqətini ölkəmizdə siyasət, iqtisadiyyat, hərb sahəsində böhran yaranmasına yönəldib. Allahın yardımı ilə, Suriya, Livan, İraq, Fələstindəki kimi məyus olacaqlar.
Regionda təkfirçilərin cinayətləri düşmənin İrana qarşı layihəsinin tərkib hissəsidir. Seçkilərə də tamah gözü ilə baxırlar. Elə insanlara səs verək ki, Vəliyyi-Fəqihə etiqadları var...

Vilayet.info
528 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber