Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Türkiyəni şoka salan həbslərdə Fətullah Gülən izi

Ötən gün İstanbul Prokurorluğunun həyata keçirdiyi həbslər ciddi müzakirələrə yol açır. Ölkənin ən tanınmış iş adamlarının və nazir övladlarının gözlənilməz həbsinin siyasi məqsəd daşıdğı iddia olunur.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatın hüquqi tərəfdən çox, siyasi önəm daşıdığı şərh olunur. Belə ki, bu əməliyyatın Türkiyədə seçki ərəfəsində siyasi sferaya təsir edəcəyi bildirilir.

Qeyd olunur ki, uzun müddətdir Ankarada Cümhuriyyət Xalq Partiyası (CHP) və Millliyyətçi Hərəkat Partiyası (MHP) ilə bağlı baş verən videogörüntü olaylarından sonra buna oxşar hadisənin təkrarlanacağı danışılır. Lakin hazırlıq kursları müzakirələrindən sonra maliyyə əməliyyatı gündəmə gəldi.

Bu əməliyyatın əvvəli isə 2008-ci ilə gedib çıxır. Belə ki, 2008-ci ildə Türkiyənin Kapalıçarşı bazarında qızıl və siqaret satışı vasitəsilə çirkli pulların yuyulması iddiası ilə bağlı əməliyyat keçirilmişdi. Nəticədə 260 nəfərin, ümumilikdə 1 milayrd dollarlıq əmlakı dondurulmuşdu. O əməliyyatdan sonra arasında nazirlərin də olduğu bir qrupun telefonları izlənilməyə başlanıb.

Əməliyyatın inşaat sektorunda çalışan iş adamlarına qarşı keçirilməsi də ayrı bir mesaj kimi qiymətləndirilir. Hadisənin iqtisadi tərəfinə gəlincə isə bildirlir ki, bu əməliyyat inşaat sektorunda ləngiməyə səbəb ola bilər.

Dünya mətbuatında isə bu hadisə Fətullah Gülənin adı ilə bağlanır:

Reuters: İstintaqla baş nazir Ərdoğana zərbə vuruldu. Ekspertlər bildirir ki, bu əməliyyatda gizli xidmət və prokurorluqla sıx əlaqəsi olan Fətullah Gülənin əli var.

BBC: Analitiklər hesab edir ki, əməliyyat Fətullah Gülənə məxsus özəl hazırlıq kursları şəbəkəsinin bağlanması ilə əlaqədar ola bilər.

Bundan başqa “Financial Times”, “Wall Street Journal”, “Washington Post” “Bloomberg” kimi mətbuat orqanlarında bu əməliyyat dini lider Fətullah Gülənin adı ilə bağlanır.
1532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber