Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2016

"Əliyevin ərəb ölkələrinə səfərləri maliyyə durumumuzun ağır olduğunu göstərir"

"Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, şəxsiyyətinə hörmət etdiyim, Vahid Əhmədov növbəti dəfə həmkarlarından fərqli olaraq Dövlətin, Millətin taleyinə biganə olmadığını göstərdi.

Bu gün V.Əhmədov məmur oliqarxlara “Pullarınızı xaricdə saxlamayın! Əgər siz Azərbaycanın müstəqilliyini istəyirsinizsə, həmin vəsaitləri gətirin Azərbaycana” deyə müraciət edib.

Hakimiyyət rəsmiləri etiraf etməsə də bu günlərdə xarici maliyyə təşkilatları ilə aparılan danışıqlar, Azərbaycan Respublikası Prezidentinin ərəb ölkələrinə ardıcıl səfərləri maliyyə durumumuzun ağır olduğunu göstərir. Vəziyyətdən az itki ilə yeganə çıxış yolu məmur oliqarxların xaricdə yerləşdirdikləri vəsaitlərin ölkəyə qaytarılmasıdır.

Bunun üçün təxirə salınmadan millət vəkilinin yuxarıdakı müraciəti və bank girovuna çevrilmiş əhalinin kasıb təbəqəsini xilas etmək üçün “10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə ödənilsin” təklifi qanuniləşdirilməlidir".

Aslan İsmayılov, tanınmış hüquqşunas
522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP