Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2016

Kanalizasiya suyunda yuyulan yarmarka məhsulları - FOTO

 "Bakı" kinoteatrı yaxınlığında təşkil olunmuş kənd təsərrüfatı yarmarkası kanalizasiya sularına qərq olub.

Yarmarkanın yarı hissəsindən başlayaraq, satışa çıxarılan kənd təsərrüfatı məhsulları 7 nömrəli poliklinikaya tərəf suyun içərisində qalıb. 

Satıcılar mallarını lap səkinin üstünə çəkməyə məcbur olublar. Hadisənin nədən baş verdiyi dəqiq bilinmir. 

Bəzi satıcılar və yaxınlıqda yaşayanlar bunun bəlkə də qəsdən törədildiyini bildiriblər./moderator/


517 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38