Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2016

Qasim Süleymani: Xeybərin qapısı sındırıldı

Nibl və əz-Zəhranın azad edilməsi əməliyyatına bir baxış.

Suriyanın Hələbə yaxın olan və 40 ay təkfirçi və terrorçu qruplaşmaların mühasirəsində olan Nibl və əz-Zəhra rayonlarının mühasirəsi yarıldı. Döyüşdə iştirak edən mücahidlərdən biri xatirələrini belə bölüşüb:
Mühasirə xəttini yaran qüvvələr General Hacı Qasim Süleymaninin yola salması ilə ön cəbhəyə yola düşdülər. Regionda olan iranlı hərbi qüvvələrdən də gilanlılar da cəbhə yaran əməliyyatda iştirak etdilər.
Nuraz.in-in General Hacı Qasim Süleymaninin rəsmi saytına istinadla verdiyi məlumatına əsasən, o deyib: Cəbhə yaran qüvvələr cəbhəyə nüfuz etdikdən sonra geri qayıtdılar. İndi isə qalan döyüşçülər mövqelərini möhkəmlətmək və terrorçuları təmizləməklə məşğuldurlar. Cəbhə yarma əməliyyatı o qədər qəfil və güclü idi ki, terrorçular şoka düşmüşdülər.
Şəhid Hamid Kuçəkzadə Gilan SEPAH-ının üzvlərindən idi və gecə saat iki radələrində başının arxa hissəsinə dəyən qəlpə nəticəsində şəhadət feyzinə qovuşdu.
Cəbhə yaran qüvvələr qayıtdıqdan sonra, General Hacı Qasim Süleymani döyüşçülərin yanına gəldi və bu mücahidlərin komandirinin əlini öpərək Nibl və əz-Zəhranın 4 illik mühasirəsinə işarə edərək dedi: Siz Xeybər qalasının qapısını sındırdınız. İnşa Allah cümə namazını əz-Zəhrada qılacayıq.
779 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber