Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2016

"Daily Star": İranla Qərb arasında axırzaman müharibəsi təhlükəsi gözlənilir!

"Daily Star" yazır ki, birinci dünya müharibəsindən artıq sürən regiondakı qan su yerinə axan keşməkeşlər dünya miqyaslı böyük müharibə ehtimalına doğrudur.
“Cekson” institutunun siyasi analitiki Tom Vilson qeyd edir ki, artıq Ali-Səud təhdid edib ki, Suriyaya qoşun göndərmək fikrindədir və digər tərəfdən müharibəyə qatılmaq qəsdində olan Türkiyə də, bu ölkəyə qüvvə yeritməyə cəhd göstərir. Türkiyə ilə İran-Rusiya arasında müharibə baş verdiyi surətdə NATO-nun araya qarışması ilə üçüncü dünya müharibəsi (axırzaman) gözlənilir. Bununla belə Amerika yaranan münaqişədə Ərəbistanın nüvə silahını əldə etməyindən nigarandır və mümkündür, ondan öz qədim düşməni olan İrana qarşı istifadə etsin. Ola bilsin, Ərəbistanın qoşun yeritmə iddiası Qərbi Suriya ilə əlaqədar qəti mövqeyə vadar etmək məqsədi ilədir. Amma belə bir vəziyyət yarandığı surətdə hökmən bütün regionu bürüyəcək müharibənin şahidi olacağıq. Digər tərəfdən Rusiyanın kosmosdan əldə etdikləri məlumatlar göstərir ki, Türkiyə də, Suriyaya qoşun yeritmək qəsdindədir. Hal-hazırda ifratcıl türk qüvvələri İŞİD-in bayrağı altında mübarizə aparır, həmçinin Osmanlı imperiyasını bərpa etmək qəsdində olan müxtəlif millətlərdən ibarət “Boz qurd” qüvvələri Suriyanın şimalında bu ölkənin və Rusiyanın qoşunları ilə vuruşurlar. Konflikt o vaxt qəlizləşəcək ki, Rusiya ilə Türkiyə üz-üzə dayansın. Bu iki ölkə arasında düşmənçiliyin tarixi qədimdir və müharibə yarandığı surətdə – Türkiyə NATO-nun üzvü olduğundan – Amerika və İngiltərə araya qarışmalı olacaq. Burada hələ öz daxili problemləri ilə əlbəyaxa olan Ukrayna da, İŞİD-in əleyhinə bu ölkəyə qüvvə yollamaq qəsdindədir. Belə vəziyyətdə hətta kiçik bir qığılcımla Qərb və Rusiya arasında hamının pəhriz etdiyi dünya miqyaslı axırzaman müharibəsinə zəmin yarana bilər…

Müəllifin iddiasına görə, Suriyadakı münaqişələr əslində Amerikanın himayə etdiyi Ərəbistanla Rusiyanın himayə etdiyi İran arasında gedən avtoritar müharibədən (proxy war) ibarətdir və həmçinin Yəmən həmin qüdrətlərin güc sınağı meydanının qurbanıdır.


Nuraz.in/cahannews
767 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı