Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2016

Ekvadorda qadın Ərdoğana terrorçu dedi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvadora rəsmi səfəri böyük qalmaqalla başa çatıb.

Latın Amerika ölkəsi prezident Ərdoğanın mühafizəsinin hərəkətlərinə görə rəsmi Ankaraya etiraz notası hazırlayır.

Məlumata əsasən, Ərdoğanın mühafizəçiləri prezidentin Ekvadorda çıxışı zamanı onun siyasətini pisləyən etirazçılara qarşı güc tətbiq ediblər.

Qadın etirazçılar prezidentin çıxışını kəsərək onun istefa ver, sən terrorçusan deyiblər. Buna cavab olara Türkiyə prezidentinin mühafizəçiləri onlara qarşı güc tətbiq edərək zaldan çıxarıblar.

Ekvador KİV-in ölkə prezidenti Rafael Korresə istinadən məlumatına görə, hadisədən sonra Türkiyə səfiri Ekvador XİN-ə çağırılıb.

Rafael Korres həm etirazçıların, həm də Türkiyə prezidentinin mühafizəçilərinin hərəkətlərini pisləyib.
607 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58