Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2016

Əfqanlar Suriyada nə üçün vuruşur?

Ayətullah Xamenei: Əfqan mühacirləri əzizləyin!

Bu günlərdə Suriyada Xanım Zeynəb (ə) hərəminin müdafiəsi uğrunda döyüşlərdə şəhadətə çatan əfqanların cənazələri ardbaard İrana, mühacirətdə olduqları ölkəyə gətirilir. (mashreghnews.ir)
Əhli-Beyt (ə) məktəbinə bağlı əfqanlar Suriyada təkfirçilər cinayətə əl atdığı gündən Xanım Zeynəbin (ə) hərəmini müfadiə etmək üçün Fatimiyyun batalyonunu təşkil edib. İranda mühacirətdə olan əfqan ailələri övladlarının cənazəsini alanda təəssüflənmir, bu şəhadətdən razılığı özlərinə vəzifə sayırlar. Amma... Təəssüf ki, müqavimət cəbhəsini zəiflətmək üçün hər yola əl atan İslam düşmənləri, bəzən öz aramızdakı biganələr şiə əfqanları da rahat buraxmır. Neçə illərdir hərəmin müdafiəsi uğrunda döyüşən Seyid Əli – Əbu Əmir əfqanların imkansızlıqdan, pul üçün döyüşdüyün iddia edənləri insafa çağırır.
Əbu Əmir deyir: Bu çox ağırdır ki, şəhid ailəsi öz əzizi haqqında “pul üçün döyüşürdü” sözlərini eşitsin. Əri və oğlu şəhadətə çatmış qadın belə iftiralardan üzülməyə bilərmi?! Bəzən məmurlardan da belə tikanlı sözlər eşidirik. Bizi Suriyaya aparan Əhli-Beytə eşqimizdir. Bu döyüşlərə qatıldığımıza görə Əfqanıstana da gedə bilmirik. Vətənə qayıtsaq bizi 20 il həbs gözləyir. Ya İranda qalmalıyıq, ya da başqa bir ölkəyə getməliyik. Əfqan şəhidlərin bioqrafiyasını araşdırsanız onların arasında imkanlı və savadlı gənclərin olduğunu görəcəksiniz. Şəhid Nəqibullah Hezarə ailəsi ilə birlikdə İsveçrədə yaşayırdı. Təminatlı bir ailə idilər. Nəqibullah Suriyada vuruşmaq eşqi ilə İrana gəldi və Suriyaya yola düşdü. Onun heç nədən ehtiyacı yox idi. İsveçrədə rahat həyatı qoyub Suriyaya getməsinin yeganə səbəbi Əhli-Beyt sevgisi idi. İndi Behişti-Zəhrada dəfn olunub. Ata-anası şəhid övladlarının ziyarəti üçün İrana gəliblər. Belələri çoxdur. Şəhid Sabiri təhsilli gənc idi, ailənin yeganə övladı idi... Bəzən od-alov görməmiş insanlar çox insafsız danışır. Bu əfqanları incidir...

Vilayet.info
649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı