Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2016

Kadırov yenə rus müxalifləri ölümlə hədələdi

Çeçenistan prezidenti Ramzan Kadırov yenidən rusiyalı müxalifləri təhdid edən foto paylaşıb.

Kadırov dağlarda snayperlə fotosunu çəkərək öz İnstaqram səhifəsində “kim başa düşməyibsə, o anlayacaq” ifadəsi ilə birgə paylaşıb.

Qeyd edək ki, bir müddət öncə Kadırov öz İnstaqram səhifəsində müxalif PARNAS partiyasının lideri Mixail Kasyanov və jurnalist Kara-Murzanın snayperlə nişan alınmış videosunu paylaşıb. Kadırovun bu addımı müxalifətin kəskin etirazlarına səbəb olub. Bundan sonra Kasyanov yayımlanan video ilə bağlı Federal Təhlükəsizlik Xidmətinə müraciət edib.
660 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53