Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2016

Gürcüstandan olan azərbaycanlı Suriyada Rusiya aviasiyasının zərbələrinə tuş gəldi

Suriyanın şimalında, Türkiyə ilə sərhəd ərzilərdə gedən döyüşlərdə “Əl-Nusra Cəbhəsi” terrorçularının tərkibində döyüşdüyü ehtimal edilən azərbaycanlı öldürülüb.

Gürcüstanın Telavi şəhərində anadan olmuş Beslan Muxtarov 3 ay əvvəl Suriyaya gedib. Onun Rusiya aviasiyasının Türkmən dağı bölgəsinə endirdiyi aviazərbələr nəticəsində öldürüldüyü bildirilir.

Beslan Muxtarov Türkiyədə tibb təhsili alıb. Lakin 2011-ci ildə Türkiyədə vəhabi baxışlarına görə barəsində terrorçuluq şübhəsi ilə təhqiqat başladılıb. Daha sonra onun Türkiyəyə girişinə qadağa qoyulub. Gürcüstana dönən Beslan Muxtarov bir müddət orada çobanlıq edib, 3 ay əvvəl isə Suriyaya gedib. Onun əsas fəaliyyətinin terrorçulara tibbi yardım göstərməkdən ibarət olduğu bildirilir. Beslan Muxtarovun anası Tamamgül Muxtarova xərçəng xəstəsidir və oğlunun Suriyada öldürüldüyünü eşidənd vəziyyəti pisləşib, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib./virtualaz/


808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...