Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2016

Bosniyada hicab qadağasına etirazlar davam edir-FOTO

Bazar günü Bosniya Ali Məhkəmə Şurasında hicabın qadağan olunmasına etiraz məqsədilə Bosniya və Herseqovinanı  Sarayevo şəhərində minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib.
 
Aksiyaya 2000 nəfərdən çox insanın qatıldığı bildirilir.  Aksiya iştirakçıları əllərində, "Hicab mənim gündəlik seçimimdir", "Hicab mənim haqqım və həyatımdır" və sair şüarlarının yazıldığı plakatlar daşıyıblar. 
 
Aksiya iştirakçıları bildiriblər ki, biz bura toplaşmışıq ki, ayrı seçkiliyə və təcridə öz etirazımızı bildirək. Məhkəmə orqanlarında hicabın qadağan olunması müsəlmanın şəxsiyyətinə hörmətsizlikdir. 
 
Qeyd edək ki, Ali Məhkəmənin qərarına əsasən, Bosniyanın  hicablı vətəndaşları  məhkəmələrə müraciət edərkən başlarını açmalıdır. Bundan başqa hicablı qadın vəkillər, qazilər və digər ekspertlər məhkəmə zalına girərkən öz hicablarını açmalıdırlar.  Bu qərar Bosniya və Herseqovina müsəlmanlarının, siyasətçilərinin və dini rəhbərlərin etirazına səbəb olub. 
 
Belə ki, Bosniya və Herseqovina müsəlmanları sosial mediada  bu qərarın əleyhinə kampaniya başladıblar. Həmçinin fevralın 1-də Beynəlxalq hicab günü  də bu qadağaya etiraz məqsədilə aksiya keçirilib. 
Bosniya və Herseqovinanı 3 milyon 800 min nəfər əhalisi var ki, onların 49 faizini müsəlmanlar təşkil edir./maide/
 
656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19