Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2016

Omeqa-3 yağlı turşusunun misli olmayan faydaları

Omeqa-3 yağlı turşusu insan sağlamlığı üçün ən faydalı və vacib maddələrdən biridir.
Omeqa-3 orqanizmdə sintez olunmur, lakin bu maddə orqanizmin normal fəaliyyəti üçün olduqca vacibdir.
Omeqa-3 yağlı turşusunun əsas mənbələri bunlardır:
- dəniz balığı (skumbriya, siyənək, qızılbalıq, tunes, forel, paltus, treska), dəniz məhsulları (krevet, dəniz yosunları)
- bitki yağları (xüsusilə kətan və raps yağları və həmçinin zeytun yağı)
- yumurta ("kənd" yumurtası), mal ət (bir şərtlə ki, heyvan kifayət qədər ot yeyir)
- qoz, badam, araxis, keşyu, makadamiya, balqabaq tumları, kətan toxumu
- müxtəlif göyərtilər (ispanaq, kahı, cəfəri, keşniş, şüyüd)
- balıq yağı.
Omeqa-3 yağlı turşuların orqanizmdə rolu:
- hüceyrələrin membranlarını möhkəmləndirir
- beyin hüceyrələrinin, gözün torlu qişasının sağlamlığı üçün olduqca vacibdir
- kişi sağlamlığına müsbət təsir edir - spermatozoidlərin aktivliyini artırır
- orqanizmi möhkəmləndirir, immunitetin səviyyəsini qaldırır
- ürək-damar sisteminin normal fəaliyyəti üçün çox vacibdir - ürək və damar xəstəlilərinin riskini azaldır, damarları möhkəmləndirir və onların elastikliyini artırır, qanı duruldur, təzyiqi normallaşdırır, insult və infarkt kimi ağır pozulmaların qarşısını alır
- sinir sisteminin fəaliyyətini, diqqəti və yaddaşı yaxşılaşdırır, streslə və depressiya ilə mübarizə etməyə kömək edir
- revmatizm, artroz və artrit zamanı oynaqlarda iltihabları azaldır
- bəzi dəri xəstəlikləri (məsələn, psoriaz, akne) zamanı xeyirlidir
- dərinin, saçların və dirnaqların vəziyyətini yaxşılaşdırır.
Beləliklə, Omeqa-3 yağlı turşusunun orqanizmə daim daxil olunması insanı daha sağlam və gümrah edir, bir çox ciddi xəstəliklərin riskini azaldır./Saglamolun/
845 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber