Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

İmişlidə ov edən ərəb şeyxləri qəzaya düşüb öldülər

İmişlidə Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları yol qəzasında ölüb.

Gecə saatlarında bir qrup ərəb mənşəli vətəndaşın İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb.

Nəticədə avtomobilin sürücüsü, 45 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Salam Əli Əlmari və sərnişin, Qətər vətəndaşı, 37 yaşlı Misali Zeyd Əl Subuhi suda boğularaq ölüblər. Daha bir nəfər, 26 yaşlı Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabi İmişli rayon xəstəxanasına yerləşdirilib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Ölən şəxslər sudan çıxarılaraq İmişli rayon patoloji anatomiya və tibbi ekspertiza mərkəzinə təhvil verilib./apa/
726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45
HƏQİQƏT