Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Borcu olanların işığı dekabrın 20-də kəsiləcək

“Bakıelektrikşəbəkə” vətəndaşlara xəbərdarlıq edib. Ans-in “Bakıelektrikşəbəkə”nin saytına istinadən verdiyi məlumata görə, sözügedən qurum fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 20 dekabr 2013-cü il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

2013-cü ilin sonuna bir neçə həftə qalmasına baxmayaraq bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı — vaxtında ödəmirlər.

Qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandıracaq.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən çox ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.
1620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:19