Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

Zaqatalada ünvanlı sosial yardım satılır: 800 MANAT

Sosial Müdafiə Mərkəzinin direktoru Nəsrulla Həsrətov inspektorlarını makler kimi işlədir

Zaqatalı Əhalinin Sosial Müdafiəsi Mərkəzində açıq azar fəaliyyət göstərir. Bu barədə rayon sakinləri məlumat veriblər.

Onların bildirdiyinə görə, rayon SMM-in direktoru Nəsrulla Həsrətov inspektorlarının əliylə ünvanlı sosial yardım satışını həyata keçirir. Həsrətov ondan yardım istəyən şəxsin damarına baxıb, «qanını» alır. Belə ki, kasıblar üçün ünvanlı sosial yardım almaq 800 manata, nisbətən imkanlılar üçün isə 1000 manata başa gəlir.

Məlumatda vurğulanır ki, SMM direktoru başqa şəkildə müraciət edənlərin istəklərini qəbul etmir və bunun üçün min bir bəhanə uydurur. İddia olunur ki, direktor tələb olunan pulu verə bilməyənlərdən elə iradlar tutur ki, bu nə qanunda yazılıb, nə də qəbul edilməsi mümkün deyil. Məsələn, Zaqatalada 800 manat vermədiyi üçün kasıb ailənin evində elektrik sayğacının olmaması əsas götürülərək, ünvanlı sosial yardım verilməsi qadağan edilib.

Zaqatala sakinləri onu da vurğulayırlar ki, Nəsrulla Həsrətov təkcə bu işlərlə deyil, digər «əməliyyat»lart vasitəsiylə də pullar qazanır. Onların bir qismi ilə bağlı bilgi verilsə də, dəqiqləşdirmədən yaymamaq qərarına gəldik./jam/
772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat