Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

Cərimə meydançalarında sürücüləri belə soyurlar

Nəzarətçilər 30 qəpik əvəzinə 5 manat alırlar

Cərimə meydançalarında duracağa qoyulan avtomobillərə görə nəzarətçilərin Tarif Şurasının müəyyən etdiyi “sutkaya görə 30 qəpik” tarifindən dəfələrlə çox aldığı barədə məlumatlar səngimir. Avtosfer saytı xəbər verir ki, meydançalarda nəzarətçilərin açıq-aydın “alver açması” bir çox sürücüyə məlumdur. Məsələn, Dərnəgüldəki cərimə meydançasında 30 qəpik əvəzinə 5 manat alırlar. Bu barədə yol polisi əməkdaşları da məlumatlı olur və nəzarətçilər qiymət artımı edirlər. Heydər Əliyev adına İdman Sarayının arxasındakı yeni cərimə meydançasında isə maşın qoyulduğu gün də hesablanır. Məsələn, sizin maşını yanvarın 30-da cərimə meydançasına qoyublarsa, fevralın 1-də çıxarırsınızsa, nəzarətçi hesablayır: 30 yanvar, 31 yanvar, 1 fevral – 3 gün.
Bəzi hallarda sürücülərin süründürməçilikdən qorxma həssasiyyətindən yararlanaraq, əsassız sənədlər tələb edirlər: “Burada cərimə meydançasından buraxılması haqqında polisin verdiyi arayışdan başqa bəzi sənədlər də olmalıdır. Yenidən qayıdın idarəyə və onları da alıb gətirin».
Sürücü deyəndə ki, mən bir də ora qayıtmayım, necə etmək olar, əlavə məbləğlər tələb edirlər – 5 manat, 10 manat və s.
Bu bir yana, dayanma-durma qaydasını pozduğu üçün evakuasiya edilən avtomobillər də cərimə meydançasından buraxılarkən əlavə olaraq 1 manat tələb olunur.
Avtosfer.az vəziyyətdən çıxış üçün DYP-yə aşağıdakı tövsiyələri verir:
1. Tarif Şurasının qərarının nəzarətçi otaqlarında aydın görünən yerdə asılmasını təmin etsinlər və sürücülərdən əlavə məbləğ istənildikdə hara məlumat verə biləcəkləri barədə elan yerləşdirsinlər;
2. Nəzarətçilərə sutkanın 24 saatdan ibarət olduğunu bir daha izah etsinlər və Tarif Şurasının müəyyən etdiyi tariflərə əməl etmələrini tələb etsinlər;
3. Ödənişə görə qəbz verilməsini təmin etsinlər;
4. Nəzarətçiləri vaxtaşırı təftiş etsinlər.
Düşünürük ki, süni qiymət artımı, süründürməçilik, vergidən yayınmama, vətəndaşlara süni əngəllər yaratmamaqla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına bu obyektlərdə də hörmətlə yanaşacaqlar.
705 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı