Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

Sahibkara qiymət diktəsi

Ölkəyə idxalın azalmasının daha bir səbəbi məlum oldu

Samir Əliyev: «Sahibkara imkan vermirlər ki, gətirdiyi malı devalvasiyaya uyğunlaşdırsın»

Xəbər verdiyimiz kimi Azərbaycanda yanvarda idxal 65-70 faiz azalıb. Rəsmi məlumatlarda vurğulanıb ki, yanvar ayının reallığı bu il Azərbaycanın idxalının 5 milyard dollardan artıq olmayacağını göstərir. Əslində bu cür nəticənin ortada olmasının səbəbi aydındır. Hakimiyyət idxalın qarşısını inzibati yollarla almaqla ölkədən valyuta axınının qarşısını kəsməyə çalışır. Bununla da neftin qiymətinin düşməsinin manata etdiyi təzyiq bir qədər azaldılır.

Amma ekspertlərin fikrincə, bu inzibati metod uzun müddət davam edə bilməz. Digər tərəfdən isə idxalın 70 faiz azalmasında daha bir faktor da önəm daşıyır. Söhbət sahibkarlara edilən təzyiqdən gedir. Belə ki, birinci devalvasiyadan sonra ciddi ziyan görən sahibkarlara hücumlar davam edir. Ikinci devalvasiyadan sonra sahibkarların ölkəyə gətirdiyi məhsullara qiymət siyasəti tətbiq olunur. Sahibkarlara gətirdiyi malı real qiymətindən də aşağı satmaq təklif olunur. Bu şərtlərlə isə ticarətlə məşğul olmaq qətiyyən sərf etmir. Nəticədə bir çox sahibkarlar ölkəyə mal gətirməkdən imtina edirlər.

Bəs qiymətlərin bu cür inzibati yol ilə müəyyənləşməsi nə vəd edir? Bu siyasət davamlı ola bilərmi?

Iqtisadçı Samir Əliyev bildirdi ki, idxalın neqativ təsirini ilk olaraq idxal hiss edir. Çünki qiymətlərin bahalaşması nəticəsində idxal mallarına tələbat azalır. Hər bir halda tələbat azaldığına görə məhsul gətirilməsinin də müvafiq olaraq azaldığını deyən S.Əliyev qeyd etdi ki, bir də var idxalıq qarşısı inzibati yol ilə ayrılsın. Bu, idxala ikiqat mənfi təsir göstərir: “Bu gün bir tərəfdən idxalın azalmasına səbəb alışın aşağı düşməsidir. Tələbat kəskin aşağı düşüb. Digər tərəfdən isə sahibkara imkan vermirlər ki, gətirdiyi malı devalvasiyaya uyğunlaşdırsın. Ona görə sahibkar mal gətirməkdə maraqlı deyil. Hətta elə sahibkarlar var ki, gözləmə mövqeyindədir. Onlar qiymətlərin artmasını gözləyirlər”.

S.Əliyevin sözlərinə görə, idxal məhsullarında daha çox ucuz mallara üstünlük verirlər. Yəni sahibkarlar milli valyutası daha çox devalvasiyaya uğramış və qiyməti ucuz olan ölkələrə müraciət etməyə çalışırlar./azadlıq/
760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11