Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

Rus diplomatdan türklərə mesaj - Ankara 11 milyard dollar itirəcək

Rusiyanın Türkiyədəki səfiri Andrey Karpov 2016-cı ilin yanvar ayında türk mallarının Rusiyaya ixracının ötən ilin anaoloji dövrü ilə müqayisədə 3 dəfə azaldığını deyib.

Səfir bu barədə jurnalistlərə geniş açıqlama verib.

“Yanvarda türk mallarının Rusiyaya ixracı 3 dəfə azalıb, amma hələ dəyəri ildə 15 milyarda çatan “görünməyən ixrac” – tikinti, turizm, yük daşınması da var. Bu göstəricilər də azalacaq. Türkiyə milyonlarla rus turistini itirəcək. Ötən ilin yanvarı ilə müqayisədə Antalyaya gələn rus turistlərinin sayı da 5,3 dəfə azalıb”.

Andrey Karpov Ankaranın Moskva ilə eskalasiyaya getməsinə görə 11 milyard dollar itkiyə uğrayacağını proqnozlaşdırıb.

Karpov ölkəsinin “Türk axını” layihədən imtina etmədiyini də deyib.

“Rusiya “Türk axını”dan imtina etmir. Amma top Türkiyənin meydanındadır. İndiki şəraitdə layihənin taleyi barədə proqnoz vermək çətin olsa da, ümid edirik ki, türkiyəli tərəfdaşlarımız ağıllanacaqlar və dövlətlərarası münasibətləri nizamlamaq üçün lazımi addımları atacaqlar”.

Diplomatın fikrincə, Rusiya-Türkiyə gərginliyindən ən çox Antalya və ona qonşu bölgələr əziyyət çəkəcək.

“Bizim münasibətlərimizdən ən çox Antalya və qonşu bölgələr zərər görəcək. Bir tərəfdən bura turizm bölgəsi, digər tərəfdən isə Rusiyaya ən çox kənd təsərrüfatı məhsulu ixrac edən ərazi kimi tanınırdı. Ötən il Ankaradan 1 milyard dollar dəyərində məhsul almışdıq. İndi türk malları sanksiya altındadır”.

Səfir Türkiyənin Rusiya təyyarəsini vurmasına görə üzr istəməsini, təyyarəni vuran pilotların cəzalandırılmasını və müvafiq kompensasiyanın ödənilməsini münasibətlərin normallaşması üçün əsas şərtlər olduğunu deyib./modern/
666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı