Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

Məktəb buzxanadır, şagirdlər dərsə gəlmir

Bakı Şəhər Təhsil İdarəsi 218 saylı orta məhkətəblə bağlı şikayəti araşdırıb

“Bakı şəhəri, Binə qəsəbəsində yerləşən Rəşid Baxışov adına 218 nömrəli orta məktəbdə istilik sistemi olmaması səbəbindən dərsə davamiyyət aşağı səviyyədədir. Çünki şagirdlər tez-tez xəstələnirlər. 2007-ci ildə inşa edilən təhsil müəssisəsi bu gün bərbad vəziyyətdədir”.
Bu sözləri həmin məktəbdə təhsil alan şagirdin valideyni “Bizim Yol”a ünvanladığı məktubda bildirilir.

Şikayətdə qeyd olunur ki, havaların soyuq keçməsinə və sinif otaqlarında istilik sisteminin olmamasına baxmayaraq məktəb rəhbərliyi şagirdlərin təhsil ocağına məktəbli formasında gəlməyini tələb edir.

Yazılanlara görə, tədris müəssiəsinin maddi-texniki bazası da aşağı səviyyədədir. Belə ki, məktəbdə kimya laboratoriya və lövhə yoxdur.

Mövzu ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndərilən sorğuya cavab verilib: “Bildiririk, aparılan monitorinqlər zamanı Xəzər rayonu 218 nömrəli tam orta məktəbin istilik sistemində aşkarlanmış problemlə bağlı aidiyyəti qurumlara məlumat verilib və müvafiq tədbirlər görülərək məktəbin istilik təminatı bərpa edilib”.
783 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:39