Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

Sahibkarlar «Binə» Ticarət Mərkəzindən qaçır - FOTOLAR

Rəhbərlik böhranla üzləşən ticarətçilərə heç bir güzəşt etmir İş adamı: «İkinci devalvasiyadan sonra dizimizi atdıq yerə»

“Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar müştərilərin azlığını, vergi xərclərinin isə yüksək olduğunu əsas gətirərək bazar rəhbərliyinə müraciət edərək icarə haqqının azaldılmasını tələb etdilər. Amma müdriyyət bu tələbə müsbət cavab vermədi. Sahibkarlar isə yer pulunu hazırki duruma uyğun olmadığını əsas gətirib mağazaları tərk edirlər.

Sahibkarla söhbət edən zaman məlum oldu ki, mağazaların bağlanması bu ilin fevral ayının əvvəlindən sürətlənib.

“Mərkəzi Bank rəhbərliyi dolayısı ilə etiraf etmişdi ki, 2015-ci ilin fevral ayında manatın devalvasiyasının əsas məqsədi manatı neftin qiymətinə uyğunlaşdırmaq olub. Bu açıqlamadan sonra bizdə gözlənti bu idi ki, ilin sonunadək neftin qiyməti bahalaşacaq və dollarla manatın məzənnəsi bərabərləşəcək. Odur ki, bir təhər səbr edib dözürdük. Amma uzun müddət dözə bilmədik. Elə ötən ilin iyun ayında icarəyə götürdüyümüz iki obyektdən birindən imtina etdik. İkinci devalvasiyadan sonra isə dizimizi atdıq yerə. Bilirsiniz, bizim ödənişlərimiz təkcə icarə haqqı ilə bitmir. Biz işçilərimizə maaş veririk, o cümlədən vergilər və kommunal xərclərimiz var. Biz endirim elan edib, məhsullarımızı dəyər-dəyməzinə satırıq. Çıxırıq “Binə”dən”,-deyə sahibkar bildirdi.

Sahibkarla söhbət zamanı onu da öyrəndik ki, buranı tərk edən bəzi sahibkarlar şəhərin müxtəlif yerlərində-əhalinin intensiv hərəkət etdiyi ərazilərdə icarəyə obyekt götürüb işləyirlər: “Amma onların əksəriyyəti hələ də işsizdir. Gəlilərimiz gözlənilməz şəkildə birdən-birə azaldı. Davam edən maliyyə böhranı səbəbindən Dağıstandan olan daimi müştərilərimizi də itirdik. Azərbaycanın bölgələrində də geyim məhsulları sahəsində alver yoxdur. Ümumiyyətlə, geyimə təlabat mövsümlər dəyişəndən-dəyişənə yüksək olur. Adətən toylara təzə geyimlər alınırdı, amma devalvasiyadan sonra camaat evdə nə tapsa ziyafətə onu geyinir. Ötən ilin fevral ayından geyim bazarında alver ölüb. Yalnız yeni dərs ilinin əvvəlində müəyyən canlanma müşahidə olundu. Ondan sonra vəziyyət aydındır. Necə deyərlər, görünən dağa nə bələdçi. Hər günü bağlanan mağazaların sayının durmadan artır”.

Ticarət mərkəzini sıralarını gəzdikcə hər addımbaşı mağazaların üstünə “arendaya verilir» elanına rast gəlirdik. Müşahidələrimizə əsasən deyə bilərik ki, sahibkarlar ticarət mərkəzini kütləvi şəkildə tərk edirlər. Gözə dəyən insanların əskəriyyəti isə bazarda çalışan şəxslərdir.

Ayaqqabı satışı ilə məşğul olan sahibkarla söhbət zamanı o da məlum oldu ki, banka borcu olanlar sahibkarlıq fəaliyyətini davam etdirməyi məcburdurlar. “Biz Bakıda əhalinin intensiv hərəkət etdiyi ərazilərdə icarəyə verilən mağazalarla maraqlanırıq. “Binə”dən fərqli olaraq orada qiymətlər düşüb. Ehtimal ki, qiymətlər hələ bundan sonra da düşəcək. Böhran həmişə daşınmaz əmlaka təsir edir. Qeyri-yaşayış obyektlərində həm satış, həm də icarə qiymətləri aşağı düşür. Biz də münasib yeri tapıb, sövdələşib bu ticarət mərkəzini tərk etməyimizi düşünürük”.

Sahibkarlar etiraf edirlər ki, alış-veriş olmasa da, qiymətlər artmaqda davam edir: “Bu da bizdən asılı məsələ deyil. Bazardakı qiymətlər dolların məzənnəsindən çox asılıdır. Çünki Azərbaycan idxaldan asılı olan ölkədir. Geyim məhsulları əsasən İstanbuldan, Dubaydan, Çindən gətirilir. Eyni zamanda bir sıra xidmətlərdə bahalaşma olub. Məsələn, artıq aviabiletlərin bahalaşması barədə məlumatlar da var”.

Sahibkarlar bildirir ki, “Binə” Ticarət Mərkəzində yer pulu 900 manatdır, mağazaların icarə haqqısı isə 1000-1500 manat arasında dəyişir. Bundan əlavə, sahibkarlar 250 manat vergi, 110 manat isə işıq pulu verirlər./bizimyol/








810 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber