Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

Suriya hökuməti kürdlərə 4 təyyarə silah göndərdi

Suriya ordusu Türkiyə ilə sərhəddə yerləşən Qamışlı şəhərindəki YPG qüvvələrinə dörd təyyarə silah-sursat göndərib.

Bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

Agentlik silahlardan Şadadi qəsəbəsini İŞİD-dən geri almaq üçün başladılacaq əməliyyatlarda istifadə olunacağını bildirib.

Qəsəbənin ələ keçirilməsi ilə İŞİD-in "paytaxt"ı Rakka mühasirəyə düşəcək.

Qeyd edək ki, Türkiyə YPG-ni PKK-nın Suriya qanadı hesab edir. Hazırda Suriyanın Türkiyə ilə sərhədlərinin böyük qismi YPG-nin nəzarətindədir.
684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP