Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

Azərbaycanda məmur oğlunun milyonluq maşını - Fotolar

“Azəryolservis” ASC-nin 71 saylı Yol İstismarı İdarəsinin sabiq rəisi, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin məsul şəxslərindən olan Xaqani Kazımovun oğlu, Vüsal Kazımov bahalı avtomobillərdən ibarət kolleksiyaya sahib olması geniş rezonans doğurub. Bu avtomobillərin dəyəri bir neçə milyon manatlarla ölçülür. Ancaq V.Kazımov və atasının rəsmi maaşı 1000 manadan yuxarı deyil.

Qeyd edək ki, əslən Kəlbəcərdən olan X.Kazımov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovunən yaxın adamlarından biri sayılır. C.Qurbanov “Azəryolservis”-ə rəhbərlik edəndə X.Kazımov 71 saylı Yol İstismarı İdarəsinə rəis təyin edilir və bu idarə ən çox dövlət sifarişləri alan quruma çevrilir.

C.Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin edildikdən sonra isə onu özü ilə bərabər dəmiryol sisteminə transfer edib.

Sfera-nın əldə etdiyi məlumata görə, Vüsal Kazımov bu yaxınlarda Azərbaycana daha bir bahalı avtomobil gətirdib. «Mercedes-Brabus 850» markalı bu avtomobil 500 min dollardan baha gəlsə də, Vüsal Kazımov həmin avtomobili sifarişlə hazırlatdırdığı üçün 1 milyon dollara yaxın pul ödəyib. 

Prezdent İlham Əliyev dövlət pullarına qənaət etmək üçün məmurlara tövsiyyə etmişdi ki, Naxçıvanda yığılan «NAZ-Lifan» avtomobilləri alsınlar. Kazımovlar ailəsi isə zavodda istehsal olunan maşınları bəyənmir və əlavə sifarişlər verərək ikiqat qiymətə maşın alırlar. 

Məmur övladlarının facebook və “İnstagram” səhifələrində paylaşdıqları şəkilləri işi o yerə çatdırmışdı ki, prezident bir müddət öncə buna sərt reaksiya verərək, “qudurğan” və “harınlamış” məmur övladları kimi ifadələr işlətmişdi.







1038 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58