Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

Rövnəq Abdullayev Şamaxıda pərt vəziyyətə düşdü

Rayon sakini ARDNŞ prezidentinə nə dedi?

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Şamaxıda vətəndaşlarla görüşündə gözlənilməz situasiya ilə üzləşib. Redaksiyamıza daxil olan məlumata görə, Rövnəq Abdullayev Şamaxıya gəldikdə onunla görüşə yalnız büdcə təşkilatlarının nümayəndələri buraxılıb. Qeyd edək ki, əksər məmurların görüşləri bu qaydada təşkil olunur. Yəni, sıravi vətəndaşlara problemlərini diqqətə çatdırmaq üçün şərait yaradılmır. Şikayətə gələn vətəndaşlar qapı dalında saxlanılır, onların əvəzinə büdcə təşkilatlarında çalışanlar görüşə buraxılır.

Lakin Rövnəq Abdullayevlə görüşə sıravi vətəndaşlardan biri də keçə bilib. Həmin şəxs görüş zamanı söz alaraq zalda oturanların büdcə təşkilatlarının işçiləri olduğunu Rövnəq Abdullayevin diqqətinə çatdırıb. Təxminən bu şəkildə: “Siz vətəndaşlarla, sahibkarlarla görüşə gəlmisiz. Amma burada oturanların hamısı rayonun rəhbər şəxsləri və büdcə təşkilatlarında çalışanlardır. Bunun harası vətəndaşlarla görüş oldu”. Belə bir çıxış gözləməyən Rövnəq Abdullayev pərt vəziyyətinə düşüb. Həmin şəxsin isə zaldan çıxarıldığı bildirilir./azadlıq/
773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı