Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

“Azərbaycanda hər nazirin 3-4 millət vəkili, prokuroru, hakimi, icra başçısı var”

Sərdar Cəlaloğlu: “Nazirlər bir-birlərinin qardaşını müavin kimi işə götürürlər”
“İnsanların qohumluq əlaqələrinə görə hakimiyyətdə təmsil olunması korrupsiyanın bir növüdür”

“Azərbaycanda hər nazirin 3-4 millət vəkili, prokuroru, hakimi, icra başçısı var”.
Bunu Moderator-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, bəzi hallarda bu şəxslər onun qohumlarından, bəzi hallarda isə yaxın tərəfdarlarından ibarət olur:
“Nazirlərin mühüm vəzifələrdə olan bu adamları ya onların yaxın qohumlarından, ya da yaxın tərəfdaşlarından ibarət olur. Onlar öz ailə üzvlərini və yaxın qohumlarını mühüm postlarda yerləşdirmək üçün daha bir üsuldan istifadə edirlər. Nazirlər bir-birlərinin qardaşını müavin kimi işə götürürlər. Yəni bir nazir digər nazirin qardaşını öz yanında müavin kimi işə götürür, daha sonra digər nazir qardaşını müavin kimi işə götürən nazirin qardaşını özünə müavin təyin edir.
Bu gün ölkədə elə bir nazir yoxdur ki, onun ailə üzvləri, qohumları mühüm vəzifələrdə təmsil olunmasın. İnsanların qohumluq əlaqələrinə görə hakimiyyətdə təmsil olunması korrupsiyanın bir növüdür və buna qarşı mübarizənin aparılması zəruridir”.
616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı