Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

2015-ci ildə borc alanların sayı 2 milyon 545 minə çatdı

2015-ci ildə Azərbaycanda kredit təşkilatlarından cəmi borcalanların sayı 229 min 184 şəxs artaraq 2 milyon 545 min 724 şəxsə çatıb. Cəmi borcalanların sayı 2013-cü ildə 412 min 900 şəxs, 2014-cü ildə 363 544 şəxs artmışdı.

“Marja” Mərkəzləşdirilmiş Kredit Reyestrində olan ümumi statistik məlumatlara istinadən xəbər verir ki, ötən il borc alan şirkətlərin (hüquqi şəxslər) sayı 504 artaraq 11 min 279-ə çatıb. Borc alan şirkətlərin sayı 2013-cü ildə 934, şəxs, 2014-cü ildə isə 673 şəxs artmışdı.

Ötən il borc alan fiziki şəxslərin sayı 225 min 190 artarq 2 milyon 510 min 416-ya çatıb. Artım 2013-cü ildə isə 410 min 13 şəxs, 2014-də 359 min 59 şəxs olmuşdu.

2015-ci ildə borcalan sahibkarlıq subyektlərinin sayı 3520 şəxs artaraq 240 min 29-a, zamin şəxslərin sayı 137 min 222 şəxs aratarq 1 milyon 216 min 29-a çatıb. 2014-də zamin şəxslərin sayı 242 min 291 sayda artmışdı.

Keçən il kredit məlumatlarının sayı 1 milyon 765 min 820 sayda artaraq 10 milyon 743 min 679-a çatıb. Artım 2013-də 2 milyon 273 min 38, 2014-də isə 2 milyon 454 min 844 sayda artmışdı.

Cəmi borcalanların sayına – cari borcu olmayan, lakin haqqında tarixi məlumatlar saxlanılan borcalanlar da daxildir. Həmçinin kredit məlumatlarının sayına tam ödənilmiş kreditlər də daxildir.
627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24