Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2012

“Telefon danışığı Ağ Evin istəyi ilə həyata keçdi”

Nyu-York səfərindən sonra Tehrana qayıdan İran İslam Respublikasının prezidenti Həsən Ruhani Obama ilə telefon danışığının Ağ Evin istəyi ilə həyata keçirildiyini açıqlayıb, - “FarsNews”.

ABŞ prezidenti Barak Obama ilə telefon danışığı barədə açıqlama verən Ruhani, onun Nyu-Yorka səfər etməsindən bəri amerikalıların onunla görüş təşkil etmək istədiyini ifadə edib.

Amerika mediasının onun bu təklifi rədd etməsini Amerikanı aşağılamaq kimi dəyərləndirməsini doğru saymayan Ruhani iki prezidentin görüşməsi üçün bəzi hazırlıqların olmasının gərəkdiyini vurğulayıb. O, məhz bu hazırlıqların olmaması səbəbindən Obama ilə görüşü rədd etdiyini ifadə edib.

Ruhani Obama ilə başlıca olaraq İranın nüvə proqramı ilə bağlı danışdığını bildirib.(deyerler)
1453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
Go to TOP