Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

"Bütün bunlar yuxarıdan idarə olunur"

Leyla Yunus hökumət rəsmilərinin onun ünvanına tənqidlərinə cavab verdi

Milli Məclisin son sessiyasında bir sıra məsələlər müzakirə olunub. Deputatlardan bəziləri Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lərin fəaliyyətini ökənin nüfuzuna xələl gətirdiyini deyib. Belə ki, deputat Zahid Oruc deyib ki, hüquq-müdafiəçisi Leyla Yunusun fəaliyyəti Azərbaycanın mənafeyinə ciddi ziyan vurur. Zaman-zaman L.Yunusun fəaliyyətinə dövlət rəsmilərindən ciddi etirazlar gəlməkdədir.

Hüquq müdafiəçisi Leyla Yunus ona olan bu münasibətə aydınlıq gətirərkən Deyerler.Org-a bildirib ki, bunun səbəbini bilmək üçün sökülən evinə diqqət yetirmək yaxşı olar: “2011-ci il 11 avqustda evim məhkəmənin qanununa məhəl qoyulmadan sökülüb. Ali Məhkəmə qərar çıxardı ki, mənim sökülən evimin qarşılığında kompensasiya ödənilsin. Hamıya sökülən evinə görə kompensasiya ödənilib . Mənə qanuni ödəniləcək məbləğ belə ödənilməyib. Bunu səbəbi nədir? Evim sökülüb, əşyaları dağıdıblar, amma əvəzinə bir qəpik belə pul ödənilməyib. Bu münasibət nə üçündür? Hələ üstəlik Ali Məhkəmənin də bu barədə qərarı var.

Bütün bunlar yuxarıdan idarə olunur. Amma onu da qeyd edim ki, bütün bunlar apardığım fəaliyyətin nəticəsinə olan adekvat cavablardır. Bu mənə qürur verir”.
1799 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber