Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2016

“Tərsə bayraqlar” İŞİD-i qəfil yaxaladı

İraq əhalisi Səlahəddin əyalətinin əş-Şirqat məntəqəsində təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) terrorçularının bayrağını binaların damlarının üzərində tərsə asmışlar. Onların bu addımı terrorçuların ürəyində qorxu və vəhşət yaradıb.
Nuraz.in-in əl-Aləmə istinadlı məlumatına əsasən, bu barədə yerli mənbə məlumat verib. Patrul xidmətində olan İŞİD üzvləri bayraqları belə gördükdə bunu özlərinə bir təhdid olaraq dəyərləndirmişlər.
Adının çəkilməsini istəməyən bu mənbə Suməryə News portalına deyib: Bu vaxta qədər belə hadisə ilə qarşılaşmayan İŞİD təcili olaraq çox sayda üzvünü bu hadisə baş verən məntəqələrə göndərmiş və camaat arasında qorxu yaradaraq bayraqları belə edənlərin boynunu vuracaqları ilə təhdid etmişlər.
Qeyd edək ki, əş-Şirqat məntəqəsi 2014-cü ilin iyun ayından İŞİD-in nəzarətindədir və Səlahəddin əyalətindən İŞİD nəzarətində qalan son məntəqədir.
771 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41