Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

Terrorçular Kərbəlanı hədəfə alıb

Ötən gün İraqın Kərbəla şəhərində 3 güclü partlayış törədilib. Deyerler.org-un İRİB-ə istinadən verdiyi xəbərə görə, Həzrət İmam Hüseyn (ə) zəvvarlarının müqəddəs hərəm ətrafında ziyarətini yerin yetirdiyi bir vaxtda şəhər ətrafında 3 güclü partlayış səsi eşidilib.

Məlumata görə, terrorçu qruplaşmalarının üzvləri “Grad” növlü 3 ədəd raketlə Kərbəladakı Hüseynçi (ə) zəvvarları hədəfə alıblar.

Əl-Ənvər telekanalı sözügedən hadisə barədə bildirir ki, terrorçular tərəfindən atılan bu raket "Məntiq Əl-vaeli", "Bab Bağdad" və "Qəntərət İslam"-a dəyib.

Kərbəlada polis əməliyyat qərargahının məsul rəsmilərindən olan polkovnik Mazən də deyib: “Aparılan araşdırmalara görə terrorçular Fəllucənin yaxınlığında olan Amiriyyə məntəqəsindən Kərbəlanı hədəfə alıblar. Daxil olan məlumata əsasən İraqda terrorçuların tərəfindən törədilən bu əməliyyatda bir iranlı şəhid olub, daha 13 nəfər yaralanıb”.
1845 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR