Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2016

10 gün əvvəl özünü yandıran müəllimə öldü

Ağcabədi rayonunda 10 gün əvvəl özünü yandıran qadın dünyasını dəyişib.

1964-cü il təvəllüdlü Ələkbərova Zərnişan Şəfayət qızı fevralın 9-da müalicə aldığı Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, məlum hadisə fevralın 1-də Ağcabədi şəhərində qeydə alınıb. Şəhər sakini, 1964-cü il təvəllüdlü Ələkbərova Zərnişan Şəfayət qızı özünü yandırıb. Qadının vəziyyətinin ağır olduğundan müalicə üçün Bakıya göndərildiyi bildirilir.

Z. Ələkbərova Ağcabədi rayonunda yerləşən 14 saylı orta məktəbin müəlliməsi olub./apa/
714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42