Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2016

Poroşenko Saakaşvilini baş nazir etməyə hazırlaşır

Ukrayna Prezidenti Pyotr Poroşenko Baş nazir Arseni Yaçenyuku istefaya göndərməyə hazırlaşır.

Bu barədə informasiyanı Ukrayna mətbuatı özünün etibarlı mənbələrinə istinadən yayıb. Mətbuat Poroşenkonun Yaçenyukun yerinə artıq bir neçə namizəd müəyyənləşdirdiyini bildirib. Namizədlər sırasında Ukrayna Radasının spikeri Vladimir Qroysman, Təhlükəsizlik Şurasının rəhbəri Aleksandr Turçinov, həmçinin Odessa qubernatoru Mixail Saakaşvilinin də adları var.

Qeyd edək ki, Mixail Saakaşvili Arseni Yaçenyuku dəfələrlə ölkəni iqtisadi böhrana aparmaqda, oliqarxlara himayədarlıq etməkdə günhalandırıb. Hətta bir müddət öncə onlar arasında prezidentin müşavirəsi zamanı münaqişə də yaranıb. Yaçenyuk isə hakimiyyətdən getmək niyyətinin olmadığını bəyan edib. O, hakimiyyətdən bütün hökumət istefaya göndəriləcəyi təqdirdə uzaqlaşacağını bildirib. Dünən mətbuata açıqlama verən Saakaşvili isə iki həftə sonra Ukraynanın yeni baş nazir görəcəyini deyib.

Bəzi ekspertlər hazırda Yaçenyukun əsas tərəfdarlarının ukraynalı oliqarxlar olduğunu deyirlər. Bunlar sırasında xüsusilə yəhudi milyarder İqor Kolomoyskinin adı çəkilir./axar/
732 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber