Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2013

AKP-də təcili toplantı

İstanbul Baş Prokurorluğunun başlatdığı, 3 nazir oğlunun da həbs olunduğu əməliyyatdan sonra AKP-nin mərkəzi binasında bu gün hadisələri dəyərləndirmək üçün mühüm toplantı təşkil olunub.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, hökumətdən gizli saxlanan əməliyyatla bağlı toplantıya oğlu həbs olunan daxili işlər naziri Müəmmər Gülər də qatılıb.
Ankaranın rəsmi gündəmi bu gün xarici siyasətlə yüklüdür. Moldova prezidenti Nikolay Timovti Cankaya sarayında görüşlərinin ardından yerli vaxtla saat 15:00 baş nazir Ərdoğanla görüşəcək. Ərdoğanın Macarıstan baş naziri Viktor Oban ilə görüşü saat 16:25 də baş tutacaq.
Bütün bunlara baxmayaraq, AKP-də nəzərdə tutulmamış bir toplantı təşkil olunub. Toplantıya baş nazirin müavinləri Bülent Arınç, Bəşir Atalay, Bəkir Bozdağ, daxili işlər naziri Müəmmər Gülər qatılıb.
Baş nazir Ərdoğanın da toplantıya gəlməsi gözlənilir.
1450 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP