Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2016

“Terroru himayə edən ölkələrin diplomatik səylərinə ehtiyac görmürük”

“Suriyanın terrorçuları himayə edən ölkələrin diplomatik səylərinə ehtiyacı yoxdur”

Bu barədə prezident Bəşər Əsədin mətbuat katibi Bəsinə Şaban deyib.

Müşavirin sözlərinə görə, bəzi ölkələrin Suriyada müharibənin durdurulması üzrə diplomatik səyləri müəyyən məqsədlərə xidmət edir və buna görə də, bu səylərin uğur qazanacağına ümidvar olmaq olmaz: “Atəşkəs təklifini irəli sürən ölkələr terrorizmin kökünün kəsilməsini istəməyən ölkələrdirlər. Onlar, hazırda zəifləmiş terrorçuların gücləndirilməsi məqsədi ilə belə bir təklif ilə çıxış edirlər”.

Mətbuat katibi həmçinin deyib ki, Suriyanın əsas məqsədi bu ölkənin Türkiyə ilə sərhədlərinin təhlükəsizliyini təmin etmək və Hələb şəhərinə nəzarəti yenidən bərpa etməkdir.

“Suriya ordusunun irəliləyişləri durmadan davam edəcək və onun məqsədi terrorçuların nəzarəti altında olan bütün şəhər və kəndləri azad etməkdir”.

Bəsinə Şabanın sözlərinə görə, Suriyalı qaçqınlar böhranına görə Türkiyə məsuliyyət daşıyır və bu böhrandan Avropa ölkələrini təhrik etmək üçün istifadə edir.
824 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:04
Mədə ağrılarında